19149Avstriyada təlim-məşq toplanışında olan “Neftçi” bu gün ölkə xaricində ilk yoxlama oyununa çıxacaq.
Shirvan.info Qol.az-a istinadən məlumat verir ki, Bakı klubu Almaniya Bundesliqa təmsilçisi “Şalke” ilə qarşılaşacaq. Bakı vaxtı ilə saat 20:00-da başlayacaq matç “CBC Sport” telekanalı vasitəsi ilə birbaşa nümayiş olunacaq.
Qeyd edək ki, “Neftçi” iyulun 30-u Birləşmiş Ərəb Əmirliyinin “Əl-Ain” klubu, avqustun 2-i isə Almaniya “Herta”sı ilə yoxlama görüşü keçirəcək.
26 iyul
Yoxlama oyunu
20:00. “Neftçi” – “Şalke” (Almaniya)

 

Tags

 

0 Comments

You can be the first one to leave a comment.

Leave a Comment