1501061692_dondurmashirvan.info-“AER Company Group” MMC-nin istehsal etdiyi 11 adda dondurma çeşidi Səhiyyə Nazirliyi tərəfindən yoxlanılıb. Yoxlamalar zamanı AER məhsullarında bağırsaq çöpü tipli bakteriya aşkarlanmayıb. İqtisadiyyat Nazirliyinin İstehlak Mallarının Ekspertizası Mərkəzində də dondurma nümunələri yoxlanılıb və məhsullarda insan sağlamlığına təhlükə törədən, normadan artıq heç bir hal aşkar edilməyib.

MMC-nin təsisçilərindən biri Adil Şərifov bildirib ki, müəssisə öz fəaliyyətini davam etdirəcək. “İqtisadiyyat Nazirliyi dondurmaları 14 parametrə görə yoxlayıb. 13-ü standartlara cavab versə də, yalnız birində nəticə yaxşı çıxmayıb. İqtisadiyyat Nazirliyinin əməkdaşları dondurma nümunələrini satış mərkəzlərindən götürüb. Əslində isə analiz nümunəsi mütləq istehsalat müəssisəsinin anbarından götürülməli idi. Məhsul mağazaya çatdırılana qədər xeyli yol keçir, əl dəyişir. Bu zaman nəticə heç vaxt düz çıxa bilməz. Bağırsaq çöpü tipli bakteriyalar çirkli mühit deməkdir. Bu bakteriyalar əlimizdə, avtobus tutacaqlarında, əksər yerdə var”, – A.Şərifov söyləyib.

Tags

 

0 Comments

You can be the first one to leave a comment.

Leave a Comment