1500679608_sadayshirvan.info-Azərbaycan mətbuatının bu günə qədər keçdiyi yolu analiz etmək yada hansı dövrlərə uyğun keçid dövrü filan haqqında uzunçuluq etmək istəmirəm. Ən azından yazını mətbuat nümayəndələrinə çağırış kimi qeyd eləmiş olsam, o zaman artıq şərhədə ehtiyac qalmır. Mətbuatımızın son illərdəki durumu haqqında bir az danışaq, söhbətləşək bu axınla biz hara gedirik və yaxud oxucunu hara aparırıq?…

Son illər mətbuat sahəsində təmizləmə işləri aparıldı, qəzet və televiziya sıradan çıxarıldı. Artıq telekanallar da tənqidi reportajlar, siyasi dəyərləndirmələr rastımıza çıxmır. Milli mənəvi dəyərlərə ayrılan verlişlər get-gedə azaldı və cinsi azlıqların aparıcısı olduğu şou verlişləri ilə əvəz olundu. Qazanan qara qüvvələrdi ki, istəkləri istədiklərindəndə daha tez və nəticəlidir. Bir belə gic-gici verlişlərlə insan psixologiyasını pozan və müəyyən qeyri-əxlaqi informasiya ötürən layihələrin yerinə ölkənin mövcud iqtisadi gərgin yaşam tərzi ilə bağlı araşdırılma aparılsa, telekanalllar öz aralarında regionları bölüşdürsə və hər bir rayon, kənd araşdırılıb-infranstrukturu və maddi sərvəti düzgün qiymətləndirilib üzə çıxarılacağı gün biz qələbə çalacıq. Hansı ki, ailəliklə informasiya alacağımız məkan telekanaldır. Elə isə Sizlər ailənizlə rahat verlişlərə baxa bilirsizmi? Reytinq, güldürmək naminə elə hoqqalarla evimizə girdilər ki, …

Qəzet mediası sıradan çıxdı. Burada təkcə internet portalların daha sərfəli olması deyil. Məsələn kimsə deyə bilər ki, 40-60 qəpik qəzet alınca elə o məbləğ müqabilində internet paketlərlə onlarla qəzet səhifəsi qədər yazı oxumaq olar. Əgər belədirsə, mediası dünyaya nümunə olacaq Türkiyədə niyə gün ərzində eyni qəzet iki dəfə tirajlanir və s. Elə qəzet mediasının aradan qalxması ilə jurnalistlərin beli büküldü. Qonarar almaq çətinləşdi.Məsələn indi onlayn mediya vasitəsilə hər hansı yazarın yazısının birinci dərc olunduğu sayta istinadla dərc edə bilirik ki, bir qəpiksiz bununda yazara heç bir faydası yoxdur. Qəzet mediası devalvasiyalarla sıradan çıxdı. Qəzet çapı üçün lazım olan avadanlıqların qiyməti qalxdı ki, buna büdcəsi az olan qəzetlər tab gətirə bilmədi. İndi elə bilirsiz ki, dərc olunan qəzetlərdə arxada göstərilən tiraj düz yazılır? Əsla. Sadəcə olaraq tutduqları işi yarımçıq saxlamaq, bazarda qalmaq üçün çaba sərf edirlər.Hər halı ilə qiymətləndiririk. KİV-lərə dövlət yardımındansa qəzet bazarına təsir edən amilləri qarşılamalı, əvvəlki qiymətdə satış qiymətlərinə başa gələcək nizamlanmış qiymət olmalı idi. Hər halda bu mənim istəklərimindən doğan nəticədir, hansısa həmkarımızın daha gözəl fikri var, bu yəqindir və medianın ayaqda durması üçün eşıtmək gözəl olardı. Əslində onlayn mediya qəzetlərin yerini tutdu, və yaxud qiymətlərin qalxması təsir etdi və s. amillər əsas göstərici deyil. Əsas o idi ki, siyasi hakimiyət üçün qəzetlərin davamlı tirajı heç də arzuolanan deyildi və arzularına çatdılar.Bu qədər bəsit…

Onlayn medialar mətbuatın belini tamamilə qırdı. Qəzetdə, televiyalarda savadsız jurnalistin çalışması alınmazdı. Alınmırdı. İndi isə bir domen, bir hostinq və başlayırsan mətbuat sıralarına qədəm qoymağa. İlk gündən də heç bir araşdırmadan, məsələnin mahiyyətini bilmədən hansısa maraqlara xidmət edən yazıları dərc etməyə.Yəqin fikir vermisiniz hansısa sayta yazı dərc olunur və yazının başlığında orfaqrafik səhv buraxılır.Bütün saytlarda eləcə dərc edir.Kopyala at sayta prinsipi hökm sürür. Kopyalayıb sayta ataraq gün ərzində tək adam 70 yazı dərc edə bilər.Onsuzda yazıda söhbətin nədən getdiyini anlamadan, kimin marağına çalışdığını heç özüdə bilmədən.Onlayn medianın gözəl tərəfləri də əlbəttə var.Məsələn hər hansı hadisənin fotoları və videosu ilə işıqlandıra bilirik. Qısa zaman ərzində 20:15 də baş verən hadisəni 20:25-də dərc edə bilərik. Bu qədər informasiyanin daha tez və əhatəli-video filanla dərc etmiş olarıq. Amma onlayn medianin bəlası isə reklam banerlərdir ki, bu banerlərdə qeyri-əxlaqi fotolarla linklər var, buda aydındır söhbət nədən gedir.Biz pul üçün bu qədərmi ucuzlaşdıq?! Və yaxud özümüzü bu qədərmi ucuza satdıq. Kim qazandı kim uduzdu hamısı qarışıb bir-birinə… Elə bütün hallarda məğlub tərəf elə özümüzük. İndi məcbursan ki, kompyuteri açarkən yanında kimsə olmasın.Ən azından məhrəm bildiyimiz dəyərlər ki, var onun aradan qalxmasını istəmərik, istəmirik. Amma marağında qəpik-qəpik manat olar prinsipi ilə yaşayan sayt rəhbərlərinin heç vecinə də deyil. Çox ağır məqam və araşdırılmalı, məsələnin kökünə gedib ciddi ölçü götürülmədir.Onsuzda tez-gec onlayn medialarda reklam banerlərinə görə vergi tətbiq ediləcək və orda bu kimi reklamları qadağan etmək olar. O vaxta qədər iş işdən keçəcək. Bu milli-mənəvi dəyərlər, insan psixologiyasına mənfi təsirlərindən dolayı tezliklə qadağa qoyulmalıdr. Əgər hər hansı yazı siyasi hakimiyyətin maraqlarına cavab verməyəndə jurnalistin başı daşdan-daşa dəyirsə, sayt bloklanırsa, o zaman buda müstəqilliyimizə, dəyərlərimizə təhlükədir və LƏĞV OLUNMALIdır. Həmkarlarımız deməsin ki, çörəyimə bais çıxırsan. Çörəyi verən Allahdır. İnsafla yanaşsaq-məsələn, bir redaksiyada 10 nəfər çalışır bu tipli reklam banerləri saytda olan əməkdaşlar arasında pərdə, məhrəm münasibət qalarmı? Qalmaz.

İndi dövr internet dövrüdür və internetə bağlananların yaşı get-getə aşağı düşür. Elə isə az yaşlı uşaqlarında rastına çıxan murdar reklam banerləri onların daha erkən oyanmasına, cəmiyyətdə yaranacaq pisliklərdən xəbər vermirmi? Bu təkcə ölkədə fəaliyyətdə olan saytlarla bitmir, Youtube sosial şəbəkəsindədə eyni qayda var. Googldada və s. internet məkanlarında. Millətin ruhunu təmiz saxlamaq üçün bütün bu tipli banerlər bloklanmalı, senzura tətbiq olunmalıdr. Bəli senzura. Hər hansı haqqı deyən sayta müdaxilə edilə bilir, amma millətin genofonun dəyişən reklam banerinə tətbiq etmək olmur?!

Bəzən deyirləre bu qədər zorlamalar, boşanmalar və s. ailə dramlarının kökündə nə dayanır? Yüzdəyüz olmasada, telekanallarda gic-gici verlişlərin, saytlarda reytinq naminə xəbər və reklam banerlərinin əməyidir.

Radio sahəsində də boşluqlar çoxdur. Səsi məlahətlidisə apacısı ola bilər prinsipi ilə işə alınan, amma radio jurnalistikasından məlumatsız həmkarlar və radio rəhbərləri telekallar kimi ssnenari üzrə millətin çıxdığı ağacı baltalamaqla məşğuldur. Bir müstəqil “Azadlıq Radiosu” vardı onu da tarixin arxivinə yolladıq.

Məsələnin kökündə dayanan problemdən biri də, bəlkə elə birincisi də ölkədə azad reklam bazarının olmamasıdır. Reklam bazarı monopoliyadadır. Buna görə medaia nümayəndələri ya reketçiliklə, yada qeyri əxlaqi reklam banerləri ilə qazanmalıdır. Hər ikisidə insanlara, insanlığa zidd olan amillərdir. Hal-hazıda ölkədə barmaqla sayılacaq media orqanları qalıb ki, bu iki halın heç birinə bulaşmayıb. Yaxşı, mediya istədiyi hədəfə beləmi çatacaq? Əkinçi xırmanda beləmi buluşacaq?

Birdə- media kapitanları deyilən, adlandırılanlara kim nə vaxt kapitanlığı verdi bilmirəm, indi yəqin həmin “kapitan”lardan yazım rastına çıxanda bəyənməyəcək.”Dünən gəlib mediaya bizi bəyənmir” deyəcəklər. Olsun. Sizin idarə etdiyiniz gəmi milləti böyük aysberqlə üz-üzə qoyub.İndi sizdə içində boğulmaq üzrəyik.

Həmkarlarıma həmişə dediyim məqamlardan biridə hansısa idarə təşkilatla “dostluq” münasibətləiriniz olar, və sizə gələn şikayət məktubu dərc etməkdən çəkinərsiz. O zamana bizə yollayın bizim kiminləsə dostluğumuz yoxdur. Nə düşmənçiliyimiz…(bu rahatlıq luks maşındanda, villadanda ötədir)

Belə bir deyim var: “Medianı mənə verin, dünyanı fəth edim”. Bəli, dünyanın düzənində medianın təsiri qaçılmazdır.

Yekun olaraq, özümüzə qayıdaq. Hər rayondan heç olmasa 5 jurnalist var. İndi kimsə mənim böyüyüb başa çatdığım kəndi, rayonu məndən yaxşı tanımaz. Bu prinsiplə araşdıraq, maddi resusrları araşdırıb tapaq. İnsanımıza, sərvətimizə sahib çıxaq. Bəzən jurnalist dostlarımızla görüşəndə deyilərlər ki, sən safsan, medianin quruluşundan xəbərsizsən. Xəbərim var, sadəcə sizlərin itirdiyini mən saxlamışam. Dünən ya bu gün gəlişdən söhbət getmir, kimin hansı ələ oynadığı ortadadır. Gizlətməli bir şeydə qalmayıb.

Əslində mənim jurnalistika sahəsində elə də çox “staj”ım yoxdur. 2011-ci ildən müəllif yazıları, araşdırma yazılarla gəlmişəm. İxtisasca ilahiyatçıyam, əsgərlikdən qayıdandan sonra jurnalistika ixtisasına qəbul olub bu sahədə çaılşmışam. 2015-ci il oktaybrın 18-i müstəqillik günü müstəqil uluyol.info xəbər portalını təsis eləmişəm. Bu vaxta qədər bir dəfə də olsun Aygünün slekonu, Royanın boşanması, Mənzurənin atmacası və s. bu tipli yazılar dərc etməmişəm.

Mətbuat günü münasibətilə mətbuatın ağırlığın daşıyan və özünü mətbuata sırayanların hər birinni fərd halında təbrik edirəm. Onsuzda mənə görə düzgün başqasına görə yanlışdı. Hərə öz mövqeyində haqlıdır. Bu psixoloji durumdur. Qalır haqq naminə yaşamaq, onuda hər kəsin yaşaması əlçatmazdır.

Yadımdan çıxmamış yazım: deməli maraqlı məqam var. Şəhid haqqında reportaj hazırlayırsan, oxucu sayı 500-ə güclə çatır. Amma digər saytda Elzanın “şedevr” şeirləri 50 mini keçir. Bu o demək deyil ki, bizim sayta giriş azdır. Elə bizim hazırladığım yazını elə 50 min oxucu toplayan saytlarda da az oxunur. Bax, bəla budur. Şəhidi haqqında məlumatı görməzdən gələn cəmiyyət formalaşdırdıq. Bu arada uluyol.info-nun “Şəhidlərimizi hər gün anaq”layihəsi çərçivəsində Neftçala şəhidləri haqqında geniş araşdırma aparmağa başladıq və artıq 3 aydır ki, böyük iş gördük. Biz elə bilirik ki, hər rayonda şəhidlər haqqında məlumatları rayon hərbi komisarlığından tapa bilərik. Əsla, rayon kamisarlığında şəhidlər haqqında məlumatlar biabırçı haldadır və bu gün şəhidlərin üzə çıxarılmasında birbaşa yük medianın üzərinə düşür. Yuxarıda qeyd etdiyim kimi hər rayondan azı beş jurnalist var. Və hərə öz rayon şəhidləri haqqında araşdırma aparsa, bu yöndə təbliğat aparılsa, həm savab qazanılar, həmdə Vətən, millət, namus uğrunda canını fəda edənləri gələcək nəsil tanıyar. Hərçənd bu gün heç özümüz məlumatlı deyilik, elə isə gələcək nəsilə nə qalacaq? Şəhid valideynləri artıq yaşlarının ahıl vaxtlarındadırlar.Tez bir zamanda bu bir ənənə olmalı və şəhidlərimiz haqqında geniş reportajlar hazırlanmalıdır. Mən Neftçala rayonundan başladım və nəyə nail olacıq və planlar haqqında əlavə yazım olacaq.

Son günlər jurnalistlərə evlərin paylanılması haqqında xəbərləri oxuyuruq. Birmənalı qarşılanmayan mövzunu onsuzda həmkarlar hərtərəfli müzakirə etdilər. Ev alan həmkarlar sağlam canla yaşasınlar. Şəxsi baxışıma gəlincə, yaşamaq nəsib olarsa heç vaxt ev almaq üçün harasa müraciət etmərəm!

Əslində mövzu o qədər genişdir ki, yazdıqca elə istəyirsən yazasan. Adamın ürəyi partlamağa gəlir. Medianın da meyidi qalıb ortada, indi də o üfunət qoxur…

Əziz həmkarlar və oxucular, gəlin gələcək nəsilə pak və sağlam düşüncə ötürək. Biz bunu bacararıq, yetər ki, istək olsun.

Tags

 

0 Comments

You can be the first one to leave a comment.

Leave a Comment