meljpgBu gün Kooperasiya universitetinin binasında yanğın baş verib.

Shirvan.info “Ölkə.Az”-a istinadən xəbər verir ki, yanğın vaxtı bina ərazisində imtahanlar keçirilirmiş. Saytın hadisə yerində olan müxbiri Səxavət Məmməd bildirir ki, yanğın nəticəsində otaqlara tüstü dolub. Bu səbəbdən imtahan verənlər təxliyyə edilib.
Hadisə yerinə gələn Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə dərhal otaqların boşaldılmasını tələb edib.
Dövlət rəsmisi imtahanın vaxtını təxirə salıb və qeyd edib ki, dəyişdirilən imtahan vaxtı haqqında bu yaxınlarda açıqlama veriləcək.

 

0 Comments

You can be the first one to leave a comment.

Leave a Comment