b77fd351-eec0-4a12-b12c-0a307861160f_292_0shirvan.info-ABŞ Konqresi müttəfiq ölkələrin enerji təhlükəsizliyinin qorunması üçün prezident Donald Tramp administrasiyasını Aİ-yə enerji ehtiyatlarının tədarükünü prioritet saymağa məcbur etmək niyyətindədir. 

“RİA Novosti”nin verdiyi xəbərə görə, bu barədə İran və Rusiyaya qarşı sanksiyalar haqqında qanun layihəsində bildirilir.
“Bloomberg”in məlumatına görə, qanun layihəsi 25 iyul tarixində Nümayəndələr Palatasında səsverməyə çıxarılacaq.
“Müxtəlif mənbələr, tədarükçülər və marşrutların təmin etdiyi fərqli və azad enerji bazarlarının işlənilməsi vasitəsi ilə enerji təhlükəsizliyin qorunması üçün ABŞ siyasəti çərçivəsində Aİ-yə üzv ölkələr və qurumları ilə çalışmaq gərəkdir”, – deyə sənəddə bildirilir.
“ABŞ-ın müttəfiqlərinə dəstək vermək və ölkənin xarici siyasətini gücləndirmək üçün hökumət enerji resurslarının ixracını prioritet etməlidir”, – deyə qanun layihəsində qeyd edilir.
Bundan başqa, Konqres “Şimal axını-2” layihəsinin Aİ, Mərkəzi və Şərqi Avropanın enerji təhlükəsizliyinə, habelə Ukraynadakı enerji islahatlarına mənfi təsir göstərdiyi üçün bu layihəyə qarşı çıxış etməyi təklif edir.

shirvan.info

Tags

 

0 Comments

You can be the first one to leave a comment.

Leave a Comment