mettis-1shirvan.info-Əgər biz bunu bilsəydik, sizə deyərdik – deyə müdafiə naziri bildirib

ABŞ İŞİD rəhbəri Əbu Bəkir əl-Bağdadinin öldürüldüyünü təsdiqləyə bilməz.
“Reuters” xəbər verir ki, bunu Pentaqon rəhbəri Ceyms Mettis deyib.
“Əgər biz bunu bilsəydik, sizə deyərdik. Mən indi bunu təsdiqləyə və ya təkzib edə bilmərəm” – deyə ABŞ-ın müdafiə naziri bildirib. ABŞ rəsmisi vurğulayıb ki, Birləşmiş Ştatlar İŞİD liderinin öldürülməsi barədə sübutlar əldə etmədiyindən Əbu Bəkir əl-Bağdadinin sağ qaldığı güman edilir.
Qeyd edək ki, bundan əvvəl Suriyanın İnsan Hüquqları Rəsədxanası İŞİD rəhbərinin öldürüldüyünü bildirib.

shirvan.info

Tags

 

0 Comments

You can be the first one to leave a comment.

Leave a Comment