18797shirvan.info-Konfederasiyalar kuboku – 2017-nin ən yaxşı futbolçuları müəyyənləşib.
Qol.az-ın FİFA-nın saytına istinadən yaydığı xəbərə görə, turnirin ən yaxşı oyunçusu Almaniya millisinin kapitanı Yulian Draksler olub. Ona  “Qızıl top” təqdim edilib. Konfederasiyalar kubokunda bütün matçlarda meydana çıxan Draksler 1 qol vurub, 1 qolun ötürməsini verib.
Turnirin ən yaxşı bombardiri isə Almaniya millisinin Timo Verner olub. 3 qol vuran 21 yaşlı hücumçuya “Qızıl buts” təqdim edilib.
Konfederasiyalar Kubokunun ən yaxşı qapıçısı isə Çilinin qolkiperi Klaudio Bravo seçilib. Yarımfinalda Portuqaliya ilə oyundan sonrakı penalti seriyasında ardıcıl 3 zərbəni qaytararaq komandasını finala çıxaran K.Bravoya “Qızıl əlcək” verilib.
Qeyd edək ki, Konfederasiyalar kubokunun qalibi Almaniya olub. Bundestim həlledici matçda Çilini 1:0 hesabı ilə məğlub edib.
shirvan.info

 

Tags

 

0 Comments

You can be the first one to leave a comment.

Leave a Comment