shirvan.info-Flora Kərimova yenə də əməliyyat olundu.
“Şirvan-Gündəm” RİA moderator.az-a istinadən xəbər verir ki, Xalq artisti Flora Kərimova 21 iyunda növbəti dəfə göz əməliyyatı keçirib. Əməliyyat tanınmış cərrah oftalmoloq Paşa Qəlbinur tərəfindən həyata keçirilib. Növbəti dəfə əməliyyat olunan Xalq artisti indi özünü yaxşı hiss etdiyini bildirib: “Sol gözümdə əməliyyat olunmuşdu, indi də sağ gözüm əməliyyat olundu. Paşa Qəlbinura çox inanırdım. Tibbi personal hamısı başıma pərvanə kimi dolanırdı. İndi çox yaxşıyam, gözümün sarğısı açılıb. Bağdayam”. Flora Kərimova səhhəti ilə bağlı narahat olan hər kəsə minnətdarlıq edib: “Məni sevən, səhhətimə görə narahat olan xalqıma minnətdaram”.
shirvan.info

 

 

0 Comments

You can be the first one to leave a comment.

Leave a Comment