shirvan.info-Apellyasiya məhkəməsi Əli İnsanovun cəzasını qüvvədə saxladı. 

Bu gün Bakı Apellyasiya Məhkəməsində hakim Əflatun Qasımovun sədrliyi həbsdə olan sabiq Səhiyyə naziri Əli İnsanovun apellyasiya şikayətinə baxılıb. Ə.İnsanovun şikayəti təmin edilməyib. Xatırladaq ki, bir müddət əvvəl Qaradağ rayon Məhkəməsi Əli İnsanovu 7 il, 5 gün müddətinə azadlıqdan məhrum etmişdi. Şikayət həmin hökmdən verilmişdi. Sabiq nazir Əli İnsanov 2005-ci ilin oktyabr ayında dövlət vəsaitlərinin mənimsənilməsi və dövlət aktivlərinin qanunsuz özəlləşdirilməsinin təşkili ittihamı ilə həbs edilib. 2007-ci ilin aprel ayında əmlakı müsadirə olunmaqla 11 il müddətinə azadlıqdan məhrum edilən  Ə. İnsanovun cəza müddəti ötən ilin oktyabr ayında başa çatırdı.

shirvan.info

 

0 Comments

You can be the first one to leave a comment.

Leave a Comment