shirvan.info-Sabah havanın tempuraturu yüksələcəkdir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosu iyunun 23-ü üçün hava haqqında proqnozu açıqlayıb. İyunun 23-də Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Günün birinci yarısında yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var. Şimal küləyi əsəcək.Havanın temperaturunun gecə 18-20° isti, gündüz  25-30° isti, Bakıda gecə  18-20° isti, gündüz  27-29° isti olacağı gözlənilir.Abşeron çimərliklərində dəniz suyunun temperaturu  19-23° isti təşkil edəcək. Azərbaycanın rayonlarında bəzi yerlərdə  şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Gündüz  əksər rayonlarda əsasən yağmursuz keçəcək. Şərq küləyi əsəcək.Havanın temperaturunun gecə 14-18° isti, gündüz 27-32° isti, dağlarda gecə 8-13° isti, gündüz 16-21° isti olacağı gözlənilir.

shirvan.info

 

0 Comments

You can be the first one to leave a comment.

Leave a Comment