0-Shirvan.info-“Qarabağ” futbol klubu Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patentləşdirmə Komitəsinə müraciət edib.
“Report” xəbər verir ki, müraciətdə klubun loqosundakı dəyişiklik haqqında məlumat əksini tapıb.
Rəsmi açıqlamada deyilir: “Qarabağ” Futbol Klubu ölkə çempionatında ardıcıl dördüncü dəfə çempion olmaqla ümumilikdə bu sayı 5-ə çatdırıb. Bir çox dünya və Avropa klublarında adətən 5 çempionluq bir ulduzla qeyd olunur. “Qarabağ” FK bu praktikadan yararlanaraq loqomuzun üzərinə 1 ulduz əlavəsi yönündə fəaliyyətə keçib. Klubumuzun loqosunda digər bir dəyişiklik isə “FK Qarabagh” ifadəsinin “Qarabağ FK” ilə əvəzlənməsidir. Klubumuz bu dəyişikliklərlə bağlı artıq Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patentləşdirmə Komitəsinə də müraciət edib”.

Shirvan.info

Tags

 

0 Comments

You can be the first one to leave a comment.

Leave a Comment