4082shirvan.info-Bu il Azərbaycanın ümumtəhsil məktəblərini 195 449 şagird bitirəcək.Təhsil Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, 2016-2017-ci tədris ilinin sonuna olan proqnoz üzrə respublikanın ümumtəhsil məktəblərinin IX siniflərini 110 638 nəfər, XI siniflərini 84 088 nəfər, qiyabi (axşam) ümumtəhsil məktəblərini isə 723 nəfər şagirdin bitirəcəyi gözlənilir.

2017-2018-ci tədris ilinin əvvəlinə 164 945 nəfərin I siniflərə qəbulu gözlənilir.

Qeyd edək ki, Azərbaycanda cari tədris ili sentyabrın 15-də başlayıb və iyunun 14-də başa çatacaq. İyunun 14-də orta məktəbi bitirən məzunlar üçün “son zəng” çalınacaq.

shirvan.info

 

Tags

 

0 Comments

You can be the first one to leave a comment.

Leave a Comment