18177shirvan.info-Pablo Pikassonun “Mavi paltarda oturan qadın” rəsm əsəri Nyu-Yorkda hərracda 45 milyon dollara satılıb.
“Report” BBC-yə istinadən xəbər verir ki, rəsmdə Pikassonun sevgililərindən biri – Dora Maar təsvir olunub. Onların münasibəti doqquz il davam edib.
Rəssam əsərini 1939-cu ildə, onun 58 yaşı, sevgilisinin isə 31 yaşı olarkən yaradıb.
Qeyd edək ki, bu, Pikassonun rəssamlıq irsinin ən mühüm əsərlərindən biridir.
“Mavi paltarda oturan qadın” rəsm əsəri artıq bir dəfə satılıb: altı il əvvəl ona görə 26 milyon dollar ödənilib.
shirvan.info

 

Tags

 

0 Comments

You can be the first one to leave a comment.

Leave a Comment