shirvan.info-İraqda yenə də kütləvi məzarlıq aşkarlanıb.

İraqın Tiqrit şəhərində Prezident Sarayının ərazisində 98 nəfərin cəsədinin olduğu kütləvi məzarlıq aşkarlanıb.İraq xüsusi xidmət orqanları bu şəxslərin İŞİD terror təşkilatının qurbanları olduğunu bildirib. Güman edilir ki, öldürülənlər 2014-cü ilin ortalarında İraqın şimal və şərqində böyük bölgələr ələ keçirən İŞİD-in təqibindən qaçmağa çalışan əsgərlərdir. Həmin vaxt İŞİD 1700 əsgərin edam edildiyini, 800 sünni əsgərin isə “bağışlandığı” bəyan etmişdi. Xatırladaq ki, Tiqrit şəhəri 2015-ci ilin martında azad edilib. İndiyə qədər bu şəhərdə bir neçə kütləvi məzarlıq aşkarlanıb.

shirvan.info

 

0 Comments

You can be the first one to leave a comment.

Leave a Comment