shirvan.info-KXCP 2017-ci il üçün fəaliyyət istiqamətlərini müəyyən etdi.

Ötən gün, dekabrın 24-də Klassik Xalq Cəbhəsi Partiyasının Ali Məclisinin növbəti sessiyası keçirilibdir.Sessiyada KXCP Sədri Mirmahmud Mirəlioğlu “İctimai siyasi vəziyyətlə” bağlı məruzə edib. KXCP Sədrinin Təşkilati məsələlər üzrə müavini Xəzər Teyyublu “KXCP-nin 2017-ci il üçün fəaliyyət istiqamətləri” haqqında məlumat verib.
KXCP Ali Məclis üzvləri partiyanın “2017-ci il üçün Fəaliyyət istiqamətləri”ni qəbul edib.
X.Teyyublunu təqdim etdyi “KXCP-nin 2017-ci il üçün fəaliyyət istiqamətləri” qəbul edilib.
Sessiya iştirakçıları “Xəzər dənizindəki neft mədənlərində baş verən faciə ilə bağlı”, “Türkiyədə törədilən terrorlarla bağlı”, “Məcburi köçkünlərlə bağlı”, “Tarif Şurasının enerji daşıyıcıların bahalaşdırması ilə bağlı və “Büdcə ilə bağlı” bəyanatlar qəbul ediblər.

shirvan.info

 

0 Comments

You can be the first one to leave a comment.

Leave a Comment