shirvan.info-Klassik Xalq Cəbhəsi Partiyası Türkiyədə törədilən terrora münasibət bildirib.
Klassik Xalq Cəbhəsi Partiyası son bir neçə ayda Türkiyədə törədilən qanlı terrorlardan sarsıldığını bildirib. Partiyanın Ali Məclisinin Sədri Bəybala Əbilin “Şirvan-Gündəm” RİA-ya verdiyi açıqlamada bildirilir ki, KXCP İstanbulun Beşiktaş rayonunda baş vermiş terrorda həyatlarını itirənlərə Allahdan rəhmət diləyir və Türk millətinə dərin hüznlə başsağlığı verir. Başsağlığında deyilir:
Əziz Türk milləti, uzun illər terrora məruz qalaraq minlərlə şəhid verən, torpaqları istila edilən, yüz minlərlə qaçqın və köçkün sorunuyla baş-başa qalan xalq olaraq sizin acınızı daha dərindən anlayır və dərdinizə şərik olduğumuzu bildiririk.
Bütün bəşəriyyətin mücadilə aparmalı olduğu terrora qarşı yanınızda olduğumuzu bildirir, həyatını itirənlərin doğmalarına və yaxınlarına səbr diləyir, yaralıların tezliklə sağalmasını arzulayırıq.
Türkiyə Cümhuriyyətinin xarici və daxili düşmənlər tərəfindən yaradılan çoxsaylı sorunları tezliklə çözecəyine inanır, bir daha qardaş Türk millətinə dərin hüznlə başsağlığı verir və qardaş Türkiyənin terrorun kökünü kəsəcəyinə inanırıq.
shirvan.info
 

0 Comments

You can be the first one to leave a comment.

Leave a Comment