shirvan.info-KXCP sədri M.Mirəlioğlu 17 noyabr Milli Dirçəliş Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.

KXCP sədri Mirmahmud Mirəlioğlu 17 noyabr Milli Dirçəliş Gününün 28-ci ildönümü  münasibətilə Azərbaycan xalqını təbrik edib.“Şirvan-Gündəm” RİA-ya daxil olan təbrikdə deyilir: “Əziz həmvətənlər!  Hörmətli Xanımlar və Bəylər!

Sizləri Xalqımızın şanlı tarixi   – 17 noyabr Dirçəliş Günü münasibəti ilə təbrik edirəm!  Torpaqlarımızın, Vətənimizin Bütövlüyü , Azadlığı  və Müstəqilliyi yolunda  şəhid olanlara ALLAHdan rəhmət diləyirəm. Qazilərimizə can sağlığı, Bütöv Azərbaycan vətəndaşı olmağı arzulayıram!

Əsrlərlə davam edən  çar  – sovet rus  işğalından qurtulmaq Azərbaycan insanının  ən mühüm arzu – niyyəti idi.   İSTİQLALımıza qovuşmağın  başlanğıcı  olan,  17 noyabr –  Milli, Dini və Dövlət Bayramlarımızın əsasının qoyulduğu  və reallaşdırılmasının başlandığı  gündür.  Bu gün,  şəhidlərimizin qanı, millət böyüklərinin  fədakar  mübarizliyi və dövlət düşüncəsinin nəticəsidir.

17 noyabrdan başlanan  Milli Dirçəliş – Azərbaycanın Dövlət Müstəqilliyinin bərpası ilə  nəticələndi. İnşallah,  Bütöv, Demokratik, Azad  Azərbaycanda yaşamaq   hər birimizin  nəsibi olsun.

Şəhidlərin qanını yerdə qoymayaq!

Qazimizə sahib duraq!

Bayramınız mübarək olsun!”

 

 

 

 

 

0 Comments

You can be the first one to leave a comment.

Leave a Comment