shirvan.info-Sabah,oktyabrın 3-də Məhərrəm ayı başlayır.

Sabah,Miladi təqvimi ilə 2016-cı il,oktyabrın 3-ündə Hicri-Qəməri təqvimlə yeni 1438-ci il başlayacaq. “Şirvan-Gündəm” RİA-nın məlumatına görə,Məhərrəm ayının başlanması və Aşura günü ilə əlaqədar olaraq, QMİ Qazilər Şurası xüsusi fətva verəcək. Qeyd edək ki, Məhəmməd peyğəmbərin (s) nəvəsi İmam Hüseyn (ə), onun ailə üzvləri və tərəfdarları Hicri-Qəməri təqvimi ilə 61-ci ildə Məhərrəm ayının 10-da Kərbəlada şəhid ediliblər. Hicri-Qəməri təqviminin ilk ayı olan Məhərrəm ayı  İslam dinindəki 4 müqəddəs aylardan biridir.

shirvan.info

 

 

0 Comments

You can be the first one to leave a comment.

Leave a Comment