shirvan.info-Roma Papası Fransisk  bu gün Azərbaycana səfərə gəlir

Papanın Azərbaycana səfəri “Hamımız qardaşıq” şüarı altında həyata keçiriləcək. Bundan əvvəl Fransisk Gürcüstana və İrəvana səfər etmişdi.“Şirvan-Gündəm” RİA-nın məlumatına görə,səfərin proqramına uyğun olaraq,Roma Papası ilk öncə Bakıdakı katolik kilsəsində dini ayin keçirəcək. Dini ayindən sonra Fransisk Bakıdakı katolik kilsəsində rahiblərlə birgə nahar edəcək. Nahardan sonra Roma Papasının Azərbaycan prezidenti İlham Əliyevlə təkbətək görüşü və Heydər Əliyev Mərkəzində ictimaiyyət qarşısında çıxışı nəzərdə tutulub. Papa Fransisk bütün Qafqazın şeyxi, QMİ rəhbəri Allahşükür Paşazadə və ölkənin digər dini icmalarının rəhbərləri ilə də görüşəcəkdir.  Səfərinin sonunda Papa “Heydər Məscidi” və  Şəhidlər Xiyabanına baş çəkəcək.Papanın Bakıya səfəri bu gün axşam  başa çatacaq.

shirvan.info

 

 

 

0 Comments

You can be the first one to leave a comment.

Leave a Comment