shirvan.info-Qurban bayramı   İslam aləmində ən muqəddəs bayramlardan biridir. Bütün müsəlman aləmində hər il hicri təqvimi ilə Zilhiccə ayının 10-cu günündən başlayır və adətən üç gün davam edir. Ölkəmizdə sentyabr ayının 12-si və 13-ü rəsmi olaraq bayram elan edilibdir. Qurban kəsmək həcc ziyarətində olanlar üçün vacib, digər imkanlı müsəlmanlar üçün müstəhəb əməl hesab edilir. Qoyun (keçi),inək (camış) və dəvə qurbanlıq olaraq kəsiıə bilər.  Kəsilən qurban 3 bərabər hissəyə bölünməlidir. Belə ki, qurbanın bir hissəsindən  qohumlara pay göndərilir, bir hissəsi isə kasıblara paylanır. Bir hissəsini də  qurban kəsən özü   götürə bilər. Uca Allah kəsilən qurbanlarınızı qəbul eyləsin, İnşallah!  “Şirvan-Gündəm” RİA-nin kollektivi bu gözəl bayram münasibətilə bütün Azərbaycan xalqını təbrik edir.Bayramınız mübarək!

shirvan.info 

 

0 Comments

You can be the first one to leave a comment.

Leave a Comment