Archive for category: Dünya

  • İraq Kərkükə hərbi qüvvə yeridəcək

    İraq Kərkükə hərbi qüvvə yeridəcək

    Dünya September 25, 2017 18:48

    İraq parlamenti Kərkükə hərbi qüvvələrin yerləşdirilməsi haqqında qərar qəbul edib. Bu barədə İraq parlamentinin Təhlükəsizlik və Müdafiə Komitəsinin sədri Hakim Zamili sentyabrın 25-də keçirdiyi mətbuat konfransında bildirib. “Parlament Kərkükdəki neft quyularının mərkəzi hakimiyyətin nəzarətinə verilməsi və “referendum”da səs verən dövlət məmurlarının işdən kənarlaşdırılması haqqında qərar qəbul edib”, – o vurğulayıb. […]

     
  • Meksikada güclü zəlzələ: ölü sayı 42-yə çatdı

    Meksikada güclü zəlzələ: ölü sayı 42-yə çatdı

    Dünya September 20, 2017 10:39

    Meksikanın Morelos ştatında 7,1 bal gücündə baş verən zəlzələ nəticəsində azı 42 nəfər ölüb. RİA Novosti-nin verdiyi xəbərə görə, bu barədə ştatın qubernatoru Qrako Ramires bildirib. Bundan əvvəl paytaxt Mexikodakı zəlzələ nəticəsində 5 nəfərin həyatını itirdiyi bildirilirdi.  

     
  • ​Məhəmməd Mursi barəsində ömürlük həbs cəzası – HÖKM TƏSDİQ OLUNDU

    ​Məhəmməd Mursi barəsində ömürlük həbs cəzası – HÖKM TƏSDİQ OLUNDU

    Dünya September 16, 2017 23:46

    Misir Apellyasiya məhkəməsi sabiq prezident Məhəmməd Mursi barəsindəki ömürlük həbs cəzası ilə bağlı hökmü təsdiq edib. RİA “Novosti” xəbər verir ki, onun 3 tərəfdarı haqqında isə ölüm hökmü verilib. Sabiq prezident xarici dövlətin xeyrinə casusluqda təqsirli bilinir.

     
  • Saakaşvili sentyabrın 19-da Kiyevdə mitinq keçirmək istəyir

    Saakaşvili sentyabrın 19-da Kiyevdə mitinq keçirmək istəyir

    Dünya September 16, 2017 18:55

    Gürcüstanın sabiq prezidenti, Ukraynanın Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili sentyabrın 19-da Ali Radanın binası önündə mitinq keçirməyi planlaşdırır. Bu barədə “Strana.ua” saytı Saakaşvilinin ətrafındakı mənbəyə istinadən xəbər yayıb. Bildirilir ki, saat 10.00 başlayacaq mitinqdə Saakaşviliyə Ali Rada deputatları qarşısında çıxış etməyə imkan verilməsi tələbi irəli sürüləcək.  

     
  • Saakaşvili Poroşenkoya hiddətləndi – Onu izlətdiyinə görə

    Saakaşvili Poroşenkoya hiddətləndi – Onu izlətdiyinə görə

    Dünya September 14, 2017 18:08

    Artıq bir neçə gündür Ukraynada olan Mixail Saakaşvili Ukrayna Təhlükəsizlik Xidmətinin onu gizli dinləmək istədiyini iddia edib. “Qafqazinfo” xəbər verir ki, bu barədə Saakaşvili öz feysbuk hesabında canlı yayım zamanı deyib. Siyasətçinin sözlərinə görə, dünən Çernovçı şəhərində qaldığı oteldə onun otağına təhlükəsizlik xidmətinin əməkdaşları gəliblər. Lakin mühafizəçilərin sorğu-sualı ilə üzləşdikdə […]

     
  • “Rusiya ilə “S-400”-lə bağlı müqavilə imzalanıb, artıq girov da qoyulub” – ƏRDOĞAN

    “Rusiya ilə “S-400”-lə bağlı müqavilə imzalanıb, artıq girov da qoyulub” – ƏRDOĞAN

    Dünya September 12, 2017 11:41

    Rusiya prezidentinin köməkçisi: “Müqavilə artıq imzalanıb və icrası istiqamətində hazırlıq gedir” “Türkiyə “S-400” zenit-raket kompleksi almaq üçün Rusiya ilə müqavilə imzalayıb, artıq girov da qoyulub”. “Hürriyet” qəzeti xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib. ““S-400”lə bağlı dostlarımız artıq müqaviləni imzalayıb. Məndə olan məlumata görə artıq girov da […]

     
  • Saakaşvilinin minlərlə tərəfdarı onu qarşılamaq üçün Polşa ilə sərhədə axışır

    Saakaşvilinin minlərlə tərəfdarı onu qarşılamaq üçün Polşa ilə sərhədə axışır

    Dünya September 10, 2017 13:24

    Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvilinin tərəfdarlarının olduğu yüzlərlə avtomobil və mikroavtobus karvanı Ukraynanın Lvov şəhərində – Polşa ilə sərhəddə onu qarşılamağa çıxıb. Bu barədə RİA Novosti məlumat yayıb. Bildirilir ki, Saakaşvilinin tərəfdarları siyasətçinin sərhədi keçəcəyinə və buraxılış məntəqəsində sərhədçilərin keçmiş qubernatoru ölkə ərazisinə buraxacaqlarına qədər qalacağına əmindirlər. Polis nümayəndələri […]

     
  • Suriyada 12 min İŞİD silahlısı qalmaqdadır

    Suriyada 12 min İŞİD silahlısı qalmaqdadır

    Dünya September 8, 2017 10:53

    Suriyanın müxtəlif rayonlarında 12 minədək İŞİD silahlısı qalmaqdadır. ABŞ-ın rəhbərlik etdiyi koalisiya onlarla mübarizə aparır. “RİA Novosti”nin verdiyi xəbərə görə, bu barədə koalisiya nümayəndəsi polkovnik Rayan Dillon bildirib. “Hesablarımıza görə, Xoicdə 1000-dən az, Deyr əz-Zorda – 2500, Rəqqada 1500, Mayadindəm Əbu Kamaladək 6-8 minədək İŞİD silahlısı var”, – deyə polkovnik […]

     
  • Merkelə seçkiqabağı mitinqdə pomidor atdılar

    Merkelə seçkiqabağı mitinqdə pomidor atdılar

    Dünya September 5, 2017 23:44

    Naməlum şəxslər çərşənbə axşamı Heydelberq şəhərindəki (Baden-Vürtemberq federal torpağı) tələbə şəhərində keçirilən seçkiqabağı mitinqdə Almaniya kansleri Angela Merkelə pomidor atıblar. “Report” TASS-a istinadən xəbər verir ki, bu barədə DPA agentliyi məlumat yayıb. Məlumata görə, hökumət başçısı vəzifəsinə namizəd üç min seçici qarşısında çıxış edib. Çıxışın sonuna yaxın kütlədən ona tərəf […]

     
  • ​Kadırov Arakana görə minlərlə çeçeni mitinqə çıxardı

    ​Kadırov Arakana görə minlərlə çeçeni mitinqə çıxardı

    Dünya September 4, 2017 19:16

    Çeçenistanın paytaxtı Qroznuda Myanmada müsəlmanların kütləvi qətlinə qarşı etiraz aksiyası başlayıb. Shirvan.info xəbər verir ki, aksiyada minlərlə insan iştirak edir. Etiraz aksiyası zamanı “Myanmada genosidə yox”, “Birmadakı müsəlmanlara qarşı təyziqləri dayandırın” şüarları səsləndirilir. Mitinqə həmçinin Çeçenistan lideri Ramzan Kadırov, spiker Maqomed Daudov da qatılıb.