Archive for category: Gündəm

  • Hacı Məmmədov həbsxanada özünü öldürdü -rəsmi

    Hacı Məmmədov həbsxanada özünü öldürdü -rəsmi

    Gündəm December 3, 2017 23:50

    Daxili İşlər Nazirliyinin Baş Əməliyyat-Axtarış İdarəsinin keçmiş baş əməliyyat müvəkkili Hacı Məmmədov intihar edib. Lent.az-ın əldə etdiyi məlumata görə, Hacı Məmmədov bu gün Penitensiar Xidmətin Binə qəsəbəsində yerləşən vərəmli xəstələr üçün nəzərdə tutulan ixtisaslaşdırılmış Müalicə Müəssisəsində özünü asaraq həyatınason qoyub. Xəzər rayon Prokurorluğundan faktı Lent.az-a təsiqləyiblər. Faktla bağlı araşdırmalara başlanılıb. […]

     
  • Rza Zərrabın və qohumlarının əmlakına həbs qoyuldu

    Rza Zərrabın və qohumlarının əmlakına həbs qoyuldu

    Gündəm December 1, 2017 23:44

    İstanbul Baş prokurorluğunun apardığı istintaq çərçivəsində məhkəmə ABŞ-da həbsdə olan iş adamı Rza Zərrab və qohumlarının əmlakına həbs qoyulmasına dair qərar qəbul edib. “Anadolu” agentliyinin verdiyi xəbərə görə, İstanbul Respublika Prokurorluğu Terrorla Mübarizə Bürosu Rza Zərrab və yaxınları barədə araşdırmalara başlayıb. CNN Türk siyahıda 23 nəfərin adının olduğunu bildirib. Zərrab […]

     
  • Mətbuat Şurası KİV-ə qarşı yeni sanksiyalar təklif edir

    Mətbuat Şurası KİV-ə qarşı yeni sanksiyalar təklif edir

    Gündəm December 1, 2017 19:30

    Hər hansı sayta girişin məhdudlaşdırılması onun işinin dayandırılması kimi qəbul edilməməlidir. Bunu cümə günü parlamentdə Mətbuat Şurasının sədri Əflatun Amaşov “KİV haqqında” qanuna dəyişikliklərə dair müzakirələrdəki çıxışı zamanı deyib. “Təbii ki, qadağan olunmuş informasiyanı dərc edən saytlara girişi məhdudlaşdırmaq lazımdır, ancaq bu, onların işinin dayandırılması kimi qəbul edilməməlidir”, – o vurğulayıb. […]

     
  • “NİDA” hərəkatının həbsdə olan üzvünün cəzası 3 ilə endirildi

    “NİDA” hərəkatının həbsdə olan üzvünün cəzası 3 ilə endirildi

    Gündəm November 29, 2017 17:56

    Ali Məhkəmədə “NİDA” hərəkatının həbsdə olan üzvü Elgiz Qəhrəmanın şikayətinə baxılıb. APA-nın məlumatına görə, məhkəmə onun ittiham olunduğu 234.4.3-cü maddəni 234.1-ci maddəyə tövsif edib, cəzası üç ilə endirilib. E. Qəhrəman 12 avqust 2016-cı il tarixində böyük ölçüdə narkotik maddələrin qanunsuz dövriyyəsi ittihamı ilə həbs edilib. 2017-ci il yanvarın 16-da Bakı […]

     
  • ​UEFA Cocuq Mərcanlı ilə bağlı layihəni təsdiqlədi

    ​UEFA Cocuq Mərcanlı ilə bağlı layihəni təsdiqlədi

    Gündəm November 24, 2017 22:46

    UEFA-nın Uşaq Fondu (UEFA Children Foundation) AFFA-nın Cocuq Mərcanlıdakı uşaqlarla bağlı “Brave Hearts” (Cəsur ürəklər) adlı layihəsini təsdiqləyib. Shirvan.info xəbər verir ki, layihəyə əsasən, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində 3 gün ərzində fərdi inkişaf treninqləri, futbol turniri, müxtəlif əyləncələr təşkil olunacaq, 3 ayda bir dəfə olmaq şərtilə mini-turnir keçiriləcək. Layihə çərçivəsində […]

     
  • Müsavat Partiyası Şirvan şəhər təşkilatının sədri xuliqanlıqda ittiham olunur

    Müsavat Partiyası Şirvan şəhər təşkilatının sədri xuliqanlıqda ittiham olunur

    Cəmiyyət, Gündəm, Hadisə November 24, 2017 19:01

    Müsavat Partiyası Şirvan şəhər təşkilatının sədri Əlikram Xurşudova Cinayət Məcəlləsinin 221.2.2-ci (xuliqanlıq, ictimai qaydanı qorunması üzrə vəzifəni yerinə yetirən hakimiyyət nümayəndəsinə müqavimət göstərməklə törədildikdə) və 221.3-cü (xuliqanlıq, silah və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddələrilə ittiham irəli sürülüb. Bunu Ə.Xurşudovun vəkili Nemət Kərimli bildirib. Vəkil polis şöbəsində […]

     
  • “Kürd referendumu”nu dəstəkləyən məmur işdən çıxarıldı

    “Kürd referendumu”nu dəstəkləyən məmur işdən çıxarıldı

    Gündəm November 23, 2017 17:09

    Laçın Rayon İcra Hakimiyyətinin (RİH) Hüquq şöbəsinin müdiri Fizuli Tanrıverdiyev vəzifəsindən azad edilib. Bununla bağlı Laçın RİH-də iclas keçirilib və qərar qəbul olunub. Hələlik icra hakimiyyətinin Hüquq şöbəsi müdiri vəzifəsinə təyinat yoxdur. Qeyd edək ki, bir müddət öncə, F.Tanrıverdiyev özünün facebook profilində İraqın şimalında yerli hökumətin keçirdiyi “referendum”u dəstəkləyən fotolar […]

     
  • Əli Həsənovun nəvəsinin məhkəməsi başlayır

    Əli Həsənovun nəvəsinin məhkəməsi başlayır

    Gündəm November 21, 2017 00:49

    Bakıda “Gelandawagen” markalı avtomobil ilə ölümlə nəticələnən yol qəzası törətmiş Nail Allahverdiyevin məhkəməsi bu həftə başlayır. “Report”un xəbərinə görə, N.Allahverdiyev barəsində açılmış cinayət işinin istintaqı yekunlaşdırılaraq Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Əhməd Quliyevin icraatına verilib və hazırlıq iclası noyabrın 24-nə təyin edilib. Qeyd edək ki, Daxili İşlər Nazirliyi […]

     
  • Ərəbistandan Azərbaycana toz dumanı gəlir – rəsmi xəbərdarlıq

    Ərəbistandan Azərbaycana toz dumanı gəlir – rəsmi xəbərdarlıq

    Gündəm, Hadisə, Son xəbərlər, Xəbərlər November 20, 2017 19:57

    Sabah Azərbaycan ərazisində qısa müddətli toz-dumanı gözlənilir.  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat xidməti bildirir ki, Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti mütəxəssislərinin apardığı monitorinqlərin nəticələrinə əsasən, noyabrın 21-də ölkə ərazisində gecə saatlarından başlayaraq havada olan tozun miqdarının sanitar normadan artıq olacağı gözlənilir. Buna səbəb ölkənin cənub-şərq bölgəsinə Ərəbistan yarımadasından […]

     
  • Lənkəran və Lerik rayonlarında yenə zəlzələ oldu

    Lənkəran və Lerik rayonlarında yenə zəlzələ oldu

    Gündəm, Hadisə November 18, 2017 19:22

    Lənkəran və Lerik rayonlarının sərhədində zəlzələ olub. APA-nın Respublika Seysmoloji Xidmət Mərkəzinin saytına istinadən verdiyi məlumata görə, saat 03.00-da qeydə alınan yeraltı təkanlar hiss edilməyib. Zəlzələnin gücü 3 bal olub.